PSJ - "Borussiya Dortmund" oyununun hakimi matçdan sonra niyə ağlayıb? - FOTO

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən PSJ - "Borussiya Dortmund" oyununun baş hakim Daniele Orsato matç bitəndən sonra göz yaşlarına hakim ola bilməyib.

Metbuat.az xəbər verir ki, son Çempionlar Liqası oyununa çıxan Daniele Orsato oyundan sonra gözyaşını saxlaya bilməyib. O, Avropa Çempionatından sonra hakimlik karyerasını yekunlaşdırmağa qərar verib.

Qeyd edək ki, oyun qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 50-ci dəqiqədə Mats Hummels fransızların qapısından keçirib. Bu komandalar arasında keçirilən ilk matçda da dortmundlular qələbə (1:0) qazanmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı