2024-2025 mövsümündə uğurlu oyun nümayiş etdirə bilməyən "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti ilə bağlı yeni iddia irəli sürülüb.
Metbuat.az xəbər verir ki, Braziliya millisinin də maraqlandığı Ançelotti İtaliya klubunda işləyə bilər. “Tuttosport”un xəbərinə görə, “Roma” klubu Ançelottini gətirmək üçün hərəkətə keçib. İtaliya A Seriyasında son çempionluğunu 2000-2001 mövsümündə qazanan "Roma", bu həsrətə Karlo Ançelotti ilə son qoymaq istəyir.
Qeyd edək ki, Karlo Ançelotti əvvəllər “Milan”da işləyib. O, “Milan”la 2-si Çempionlar Liqası olmaqla ümumilikdə 8 kubok qazanıb. 2024-2025 mövsümündə “Real Madrid”də 24 oyun keçirən təcrübəli məşqçi, 15 qələbə, 4 heç-heçə və 5 məğlubiyyətlə hər matçda orta hesabla 2,04 xal toplayıb.