Lalə Azərtaş 18 yaşlı qızını belə təbrik etdi - FOTO

Aparıcı Lalə Azərtaş qızı Gülarənin fotosunu sosial şəbəkə hesabında paylaşıb.

Metbuat.az xəbər verir ki, qızını ad günü münasibətilə təbrik edən aparıcı bunları qeyd edib:

"Həyatın mənası desələr, onu göstərərəm. Arzun desələr, işarət barmağım yenə ona yönələr. İlkim yenə o özüdür ki, var. Sevgimin bütövü odur. Şükür səbəbimin ən böyüyü odur. Ana kimi müqəddəs adı onun sayəsində qazandım. Üzümün gülüşü ondan qaynaqlanar. Həyatın al-əlavən rəngi onda cəmləşib. Əvvəlim və sonum heç şübhəsiz odur. Ruzi-bərəkətim onunla çoxalıb. Hər şeyin ən yaxşısı ona yönəlib. Mütləq olacaq. Yaradanın izniylə bunu da o edəcək. Bir sözlə hamı, hər şey o. O 18 yaşına qədəm basır. Sağlıqlı, hüzurlu, sevgi dolu davam et. Sənlə bağlı xəyallarımı reallıqda yaşa! Xoşbəxt ol! Allah balamın simasında bütün balaları xoşbəxt etsin".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı