“Barselona” bu dəfə Messinyodan zərbə aldı

Premyer Liqada uğursuz oyun nümayiş etdirən “Çelsi” böyük transferə hazırlaşır.

Metbuat.az xəbər verir ki, İngiltərə komandasının son dövrlər Braziliya futbolunun ən önəmli gənc istedadlarından biri sayılan Estevao Villianı 52 milyon funt-sterlinq qarşılığında heyətinə qatmağa yaxın olduğu bildirilir. Bildirilir ki, "Çelsi" Messinyo ləqəbli futbolçu üçün "Palmeyras"la razılığa gəlib.Braziliyada Messinyo kimi tanınan Estevao bu mövsüm 18 matça çıxıb.

Qeyd edək ki, Estevaonu “Real Madrid” və “Barselona”nın da transfer etmək istədiyi irəli sürülür. Futbolçunun “Barselona” kluba keçmək istədiyi deyilirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı