"Respublika üzrə seysmogen bölgələrdə seysmiklik fon səviyyəsindədir".
Metbuat.az xəbər verir ki, bunu açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib:
"Hazırda elə bir aktiv ərazi yoxdur ki, güclü, dağıdıcı seysmik təkanlar olsun. Bu gün respublika ərazisində 20-dən çox yeraltı təkan qeydə alınıb. Hamısı hiss olunmayan, zəif təkanlardır”.
Seyranə Quliyeva / Metbuat.az