Azərbaycandan hava nəqliyyatı ilə sərnişindaşıma xeyli artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan hava nəqliyyatı ilə 908 min 834 nəfər sərnişin daşınıb.

Metbuat.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 39,4 % çoxdur.

Hesabat dövründə ən çox - 254 min 551 sərnişin Rusiyaya səfər edib. Bu da, bir il öncəki göstəricidən 27,7 % çoxdur.

Rusiyanı Türkiyə (225 min 607 nəfər sərnişin, +26,9 %) və Birləşmiş Ərəb Əmirlikləri (128 min 675 sərnişin, +46 %) izləyirlər.

Təkcə aprel ayında Azərbaycandan 254 min 176 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 42,8 % çoxdur. Apreldə Rusiyaya səfər edənlərin sayı 26,2 % artaraq 73 min 030 sərnişin olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı