Bu gün futbol üzrə Misli Premyer Liqasında ilin son turuna start veriləcək.

Metbuat.az xəbər verir ki, XVIII turun açılış matçında “Sumqayıt” “Kəpəz”in qonağı olacaq. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq. Matçın baş hakimi Kamal Umudlu olacaq.

Hazırda “gənclik şəhəri” təmsilçisi turnir cədvəlində 19 xalla 6-cı, aktivində 10 xalı olan Gəncə klubu isə 9-cu pillədə qərarlaşıb.

20 dekabr

16:00.“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli

Tovuz şəhər stadionu

21 dekabr

16:00.“Turan Tovuz” – “Neftçi”

18:30.“Səbail” – “Zirə”

22 dekabr

14:00. “Şamaxı” – “Sabah”

16:30. “Qarabağ” – “Araz-Naxçıvan”