Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin Baş nazir təyin edilməsi haqqında fərman imzalayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Dövlət Duması Mixail Mişustini yenidən Rusiyanın Baş naziri vəzifəsinə təsdiqləyib. Sonra M.Mişustinin bu vəzifəyə təyin edilməsi ilə bağlı Dövlət Dumasının müvafiq qətnaməsi Prezident Vladimir Putinə göndərilib.