İki rayonun qazı kəsiləcək - XƏBƏRDARLIQ

Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Xəzər rayonu, "Buzovna 101" QPM-dən qidalanan 'Yuxarı Şağan" xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması və 3 tənzimləyicinin hündürlüyə qaldırılması məqsədi ilə 14.05.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz”dan bildirilib.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Lütfi Zadə küçəsinin tam olaraq, Xəzər rayonunun isə Şağan qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR