Türk konsulu öldürən Sasunyanın saxlanılma anı - VİDEO

İrəvanda davam edən aksiyalarda ASALA terror təşkilatının üzvü Ambik Sasunyan polis tərəfindən saxlanılıb.

Metbuat.az “Sputnik-Armenia”ya istinadən bildirir ki, onun hara aparıldığı barədə məlumat yoxdur.

Qeyd edək ki, Ambik Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanın qətliə görə ömürlük azadlıqdan məhrum edilib.

2016-cı ildə isə Kaliforniya Məhkəməsi Ambik Sasunyanın şərti azadlığa buraxılması barədə hökm çıxarıb. Qərar 2019-cu ilin dekabrında icra olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı