Ağac aşdı, 17 kənd internetsiz qaldı - FOTO

Oğuzda irigövdəli ağacın aşması nəticəsində rayonun 17 kəndini internetlə təmin edən xətlər sıradan çıxıb.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Bayan kəndində baş verib.

Qeyd olunur ki, yol kənarındakı irigövdəli ağac güclü yağış və külək nəticəsində aşaraq kəndləri mərkəzlə birləşdirən internet xəttini qırıb. Nəticədə Oğuz rayonunun Bayan, Qarabaldır, Kərimli, Yaqublu, Yenikənd, Zərrab, Top, Padar, Sincan, Xaçmaz, Filfilli, Çaldaş, Böyük Söyüdlü, Dəymədən, Yemişənli, Xaçmazqışlaq və Qarabulaq kəndlərinə internetin verilişi kəsilib.

Hazırda aşan ağacın ərazidən götürülməsi və internet xətlərinin bərpası istiqamətində işlər aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR