Azyaşlı bacı-qardaş dəm qazından zəhərləndi, biri öldü

Metbuat.az report-a istinadən xəbər verir ki, Boyat kənd sakinləri Emil Emin oğlu Hümbətov və Filiz Emin qızı Hümbətova dəm qazından zəhərləniblər.

Məlumata əsasən, zəhərlənmə nəticəsində E.Hümbətov ölüb, F.Hümbətova isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR