Bakı şəhərində 202 nəfərə 498 175 manat zərər vuran şəxs saxlanılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, artıq vətəndaş həbs edilib, polis tərəfindən istintaq aparılır.
"Zərərçəkmişlərin böyük əksəriyyətinə sosial şəbəkə vasitəsilə "Avion Travel" MMC-nin direktoru Lalə Rəcəbova yalan vədlər verməklə viza məsələlərini həll edəcəyinə söz verib, sənədlərini qəbul edib. Onun əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, polisə müraciət edə bilərlər", - deyə məlumatda qeyd olunub.