22 yaşlı tələbəni o öldürüb? - İddia

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tələbəsi Könül Ramin qızı Ağayeva qətlə yetirilib.

Metbuat.az axar.az-a istinadən bildirir ki, onun boğularaq öldürüldüyü iddia edilir.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, 22 yaşlı Könül sevgilisi tərəfindən qətlə yetirilib.

Belə ki, tələbə xanım ailəli olub. O, azyaşlı uşağını əri ilə birlikdə qoyaraq, evi tərk edib. Hadisə baş verən gün ailə qurmazdan öncə sevgili olduğu qrup yoldaşı ilə görüşüb. Oğlandan tələb edib ki, onunla evlənsin. Dava zamanı oğlanın başına külqabı çırpıb, onu söyüb, oğlan da onu naqillə boğaraq öldürüb. Sonra isə zirzəmidə basdırıb.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı