Baş nazir Bakıda dediklərinə görə güllələnib? - YENİ DETALLAR

Xəbər verdiyimiz kimi, Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd edilib. Məlumata görə, o, respublika hökumətinin iclasının keçirildiyi binada atışma zamanı yaralanıb. Hücum edən şəxs saxlanılıb.

Metbuat.az bildirir ki, politoloq Turan Rzayev məsələ ilə bağlı danışıb. O qeyd edib ki, sui-qəsdin diqqətçəkən tərəfi Robert Fitsonun Azərbaycana səfərindən dərhal sonra baş verməsidir:

"Mayın 7-də Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə geniş müzakirələr aparan Slovakiyanın Baş naziri ölkəsində sui-qəstə məruz qalır. Fitsonun səfəri zamanı iki ölkə arasında birdən çox sənəd imzalandı. Lakin diqqətçəkən əsas məqam Slovakiya baş nazirinin üzvü olduğu Avropa İttifaqını Bakıdan tənqid etməsi idi.

Birincisi, Robert Fitso Prezident İlham Əliyevlə mətbuata birgə bəyanat zamanı demişdi: “Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm”.

İkincisi, Robert Fitso Avropa İttifaqındakı bəzi dairələrin (ehtimal ki, Fransanı nəzərdə tutur) Azərbaycanla əlaqələri nəzərə almamasını kəskin tənqid etmişdi".

Politoloqun sözlərinə görə, Fitsonun bəyanatı isə onu deməyə əsas verir ki, o Aİ-nin Slovakiya və digər ölkələrin daxili işlərinə müdaxilə etməsindən narahatdır:

"Misal üçün, Qərbi tənqid edən R.Fitso Üçüncü Dünya müharibəsinin başlaya biləcəyini əsas göstərərək Ukraynanın NATO-ya daxil olması fikrinə qarşı çıxıb. Aİ və NATO-nu “sülh” sözünü işlətmədiyinə və daim müharibədən bəhs etdiyinə görə tənqid edib.

Görünür, Fitsonun həm Ukrayna ilə bağlı ardıcıl çıxışları, həm də Bakıdan dedikləri Aİ-ni bərk qəzəbləndirib. Sui-qəsdin pərdəarxasında Fitsonun qeyd etdiyi, Avropa İttifaqındakı bəzi dairələrin dayanmasına dair şübhələr var. Daha dəqiq desək, sui-qəsdin sifarişçisi Fransa, icraçısı isə bu ölkənin Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) ola bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı