Əfv Komissiyasında neçə müraciətə baxılıb? - AÇIQLAMA

İndiyə qədər Əfv Məsələləri Komissiyasında 600-ə yaxın müraciətə baxılıb.

Bunu Metbuat.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O bildirib ki, müraciətlərə baxılması davam edir:

"İndiyə qədər Əfv Komissiyasının 5 iclası keçirilib və 600-ə yaxın müraciətə baxılıb. Hələ də müraciətlərə baxılması davam edir. Kimin əfv olunmasını biz bilə bilmərik. Çünki bu, konseptual xarakter daşıyır. Əfvetmə komissiyası haqqında əsasnamə var. O əsasnamədə məhkumlar tərəfindən müraciətlərə baxılarkən hansı məsələlər diqqətə alınmalıdır, aydın şəkildə göstərilib. O məsələlər əsas götürülərək və humanizm prinsipinə söykənərək rəylər hazırlanır. Bu rəylər cənab Prezidentə təqdim olunur. Qərar vermək isə artıq Prezidentin səlahiyyətidir".

Xatırladaq ki, may ayında əfv sərəncamının imzalanması gözlənilir.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı