Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir keçirilib - VİDEO

Şəhidin xatirəsinə həsr edilən turnir keçirilib.

Metbuat.az bildirir ki, tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyev və ölkəmizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra isə Dövlət Himni səsləndirilib.

Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində Azərbaycan qalib dövlətə çevrilib, onun qətiyyətli siyasi iradəsi, apardığı məqsədyönlü siyasət və Şanlı Azərbaycan Ordusunun misilsiz şücaəti nəticəsində Qarabağ düşmən işğalından azad edilib və dövlətimizin ərazi bütövlüyünün bərpası Azərbaycan xalqının və dövlətinin həyatında yeni bir tarixi mərhələnin başlanğıcı olub.

Qeyd edək ki, şəhid polis setjantı İlham Kazımovun xatirəsinə həsr edilən vətənpərvərlik futbol turniri Bakıda Cüdo Federasiyasının Təlim-məşq Mərkəzində keçirilib.

Bildirilir ki, turnirdə 12 yaşlılardan ibarət komandalar mübarizə aparıb.

14 may tarixində start götürəcək turnirdə "Zirvə" FK, "Fənər Bakı" FK, "Qarabağ" FK, "Young Pro" FK, "Liman" FK və "Ulduz" FA iştirak edib.

Turnir 17 may tarixində başa çatıb.

Şəhidin yaxınları turnirə dəstək göstərən şəxslərə təşəkkürünü bildirib.

Tədbirdə 2-ci Qarabağ Müharibəsinin iştirakçıları iştirak etmiş və çıxışlar ediblər.

Məlumat üçün qeyd edək ki, Kazımov İlham Cəbrayıl oğlu 1960-cı ildə Naxçıvan MR Sədərək kəndində anadan olmuşdur. Ermənilərin 1990-cı ilin yanvar ayında Sədərək kəndinə ilk basqını zamanı könüllü dəstələrin tərkibində onlara qarşı mərdliklə vuruşub. 1991-ci ilin yanvar ayında Sədərək rayon Polis şöbəsi yarananda ilk olaraq polis sıralarına daxil olanlardan biridə İlham oldu.İlham həmişə vətənsevərliyi,mərdliyi və qorxmazlığı ilə döyüş yoldaşlarına nümunə olmuş və postlarda olduğu zaman ayıq sayıqlığı ilə fərqlənmişdir....1992-ci ilin may yaının 18-də ermənilərin “Ucu biz dağına” hücumu zamanı onlara qarşı qeyri bərabər döyüşdə son gülləsinə dək vuruşaraq digər qəhrəman oğullarımızla nitlikdə ŞƏHİDLİK zirvəsinə yüksəlib.

Azərbaycan Respublikasının Prezidentinin 30 iyun 2002-ci il tarixli № 725-li Fərmanı ilə "Vətən uğrunda" medalı ilə (ölümündən sonra) təltif olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı