İran XİN bəyanat yaydı

İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın mövqeyinin beynəlxalq səviyyədə yüksəlməsində yorulmadan çalışıblar.

Metbuat.az xəbər verir ki, bu, İranın Xarici İşlər Nazirliyinin İran prezidenti və onu müşayiət edən heyətin helikopter qəzasında ölümü ilə əlaqədar bəyanatında öz əksini tapıb.

Bəyanata əsasən, İran prezidenti və xarici işlər naziri region və dünya səviyyəsində ədalətin bərpa olunmasına dəstək, region ölkələri və xalqları dostluq bağlarının və həmrəyliyin yüksəlməsi və beynəlxalq səviyyədə konstruktiv münasibətlərin formalaşmasına öz töhfələrini verməyə çalışıblar.

Bəyanatda bildirilir ki, şübhəsiz İranın yüksək səviyyəli rəsmilərinin ölümü ölkənin milli mənafeyinin təmin olunması, regional və beynəlxalq səviyyədə İranın konstruktiv mövqeyi, eləcə də rolunda heç bir boşluq yaratmayacaq.

Bəyanatda qeyd olunur ki, İran XİN İran dövləti və xalqının dərdinə şərik çıxan, həmrəyliyi nümayiş etdirən dövlət başçıları, siyasi şəxsiyyətləri və beynəlxalq dairələrin rəhbərlərinə səmimi təşəkkürünü bildirir.

“İran XİN İran prezidenti, xarici işlər naziri və onlarla birlikdə helikopter qəzasında həlak olanlara rəhmət diləyir və ailələrinə başsağlığı verir”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı