Xəbər verdiyimiz kimi, ötən gün Şabrançay çayının Xəlfələr kəndindən keçən hissəsində daşması nəticəsində 2 nəfər həlak olub. Dünyasını dəyişən şəxslərdən 59 yaşlı Nurməmməd Qəhrəman oğlu Məmmədov Şirvan şəhər Bayramlı qəsəbə sakinidir. O, Milli Məclisin 6-cı çağırış deputatı İltizam Yusifovun bacısı oğludur.

Metbuat.az faciəvi şəkildə həlak olan 59 yaşlı Nurməmməd Məmmədovun fotosunu əldə edib.

Həmin fotonu təqdim edirik:

Seldə ölən 59 yaşlı neftçinin

Qeyd edək ki, İ.Yusifov uzun illər neftçıxarma sənayesində çalışıb. O, “Siyəzən Oil” neft şirkətinin əməkdaşı olub.