Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı YENİ FAKT

İran prezidentinin qəzaya düşdüyü helikopterin qalıqları 2,5 min metrlik yüksəklikdə tapılıb.

Metbuat.az bildirir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd jurnalistlərə yeni açıqlamasında bildirib. Məlumata görə, əməliyyatlarda 2 mindən çox xilasedici iştirak edib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı