Rəisinin ölümündə bu ölkə günahkardır - Cavad Zərif

“Prezidentin helikopterinin qəzaya uğraması ilə bağlı faciədə ABŞ günahkardır”.

Metbuat.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sabiq rəhbəri Məhəmməd Cavad Zərif deyib.

O yerli mediaya bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, Birləşmiş Ştatlar İrana təyyarə, helikopter və ehtiyat hissələrinin satışını qadağan edib.

"Bu hadisə ABŞ-ın İrana qarşı cinayətləri siyahısına daxil ediləcək", - deyə Zərif əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı