Azərbaycan Respublikasında 2023‑cü ildə qadınların orta aylıq əməkhaqqı 739.3 manat təşkil edib. Kişilər arasında bu göstərici 1066.9 manat təşkil etmişdir (ilkin məlumatlara əsasən).
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.
Qeyd edilib ki, 2022‑ci ildə qadınların orta aylıq əməkhaqqı 649.1 manat, kişilər arasında bu göstərici 967.5 manat olub. 2022‑ci illə müqayisədə 2023‑cü ildə həm qadınların, həm də kişilərin orta aylıq əməkhaqqı artıb.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək Müqaviləsi Bildirişi” altsisteminin (ƏMBAS) məlumatına əsasən 2023‐ cü ilin 1 mart tarixinə muzdla çalışanlar arasında qadınların xüsusi çəkisi 44,2 % olub. Ümumilikdə 778,5 min nəfər qadınla əmək müqaviləsi bağlanılıb. Onlardan 508,7 min nəfər (65,3%), dövlət sektoruna, 270,8 min nəfər (34,7%) isə qeyri‐dövlət sektoruna aiddir.