Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Avropa çempionatında iştirak edəcək futbol üzrə Xorvatiya millisinin heyəti açıqlanıb.

Metbuat.az Xorvatiya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmanın heyətində 24 futbolçu yer alıb.

Qapıçılar: Dominik Livakoviç ("Fənərbağça", Türkiyə), İvitsa İvuşiç ("Pafos", Yunanıstan), Nedilko Labroviç ("Riyeka", Xorvatiya)

Müdafiəçilər: Domaqoy Vida (AEK, Yunanıstan), Yosip Yuranoviç ("Union Berlin", Almaniya), Yosko Qvardiol ("Mançester Siti", İngiltərə), Borna Sosa ("Ayaks", Niderland), Yosip Stanişiç ("Bayer 04", Almaniya), Yosip Sutalo ("Ayaks", Niderland), Martin Erlik ("Sassuolo", İtaliya), Marin Ponqarçiç ("Leççe", İtaliya)

Yarımmüdafiəçilər: Luka Modriç ("Real", Madrid, İspaniya), Mateo Kovaçiç ("Mançester Siti", İngiltərə), Marselo Brozoviç ("Əl-Nəsr", Səudiyyə Ərəbistanı), Mario Pasaliç ("Atalanta", İtaliya), Nikolo Vlaşiç ("Torino", İtaliya), Lovro Mayer ("Volfsburq", Almaniya), Luka İvanuşeç ("Feyenoord", Niderland), Luka Suçiç ("Zaltsburq", Avstriya), Martin Baturina ("Dinamo", Xorvatiya).

Hücumçular: İvan Perişiç ("Hayduk", Xorvatiya), Andrey Kramariç ("Hoffenhaym", Almaniya), Ante Budimir ("Osasuna", İspaniya), Mario Pasaliç ("Atalanta", İtaliya)

Qeyd edək ki, iyunun 14-də start götürəcək AVRO-2024-ə iyulun 15-də yekun vurulacaq. Xorvatiya millisi qrupda İspaniya, İtaliya və Albaniya ilə mübarizə aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı