Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlandı

Bakıda Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, artıq söküntü işlərinə başlanılıb:

“Ərazidə hərəkət tam məhdudlaşdırılıb və xüsusi ağır texnikalar cəlb edilib. Hazırda layihə aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı