Rəisinin cənazəsi Tehrana aparıldı

Helikopter qəzasında həyatını itirən İran Prezidenti və digərlərinin cənazələri təyyarə ilə Təbrizdən Tehrana aparılıb.

Metbuat.az bildirir ki, bu barədə İran mediası məlumat yayıb.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı