Abdullahian burada dəfn ediləcək

Hüseyn Əmir Abdullahian Tehranda dəfn ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə IRNA xəbər agentliyi məlumat yayıb. Məlumata görə, vida mərasimi cümə axşamı səhər Tehranda Xarici İşlər Nazirliyinin binası qarşısındakı meydanda baş tutacaq.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı