Xəbər verdiyimiz kimi, Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib. Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə əvvəlcə üç uşağını, sonra özünü zəhərləyib.
Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, mayın 22-də Sumqayıt şəhərində ana və 3 azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Seyranə Quliyeva / Metbuat.az