Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirildi

Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində “Sabah” və “Xəzri” klubları üz-üzə gəlib. Qarşılaşma birincilərin 75:59 qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında reallaşan ilk dueldə "Xəzri" (95:70), ikinci görüşdə isə "Sabah" (94:63) qələbə qazanıb.

Final seriyasında üç qələbə qazanan kollektiv qızıl medallara sahib çıxacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR