Mbappenin anası "Real"la bağlı suala təəccüblü cavab verdi

Kilian Mbappe səbirsizliklə gözlədiyi "Real Madrid"ə transferini tamamlamaq ərəfəsindədir.

Metbuat.az xəbər verir ki, Mbappe müqaviləsi mövsümün sonunda başa çatdıqdan sonra "Real"a pulsuz qoşulacaq. Mbappe PSJ-dən ayrılması münasibətilə ziyafət verib. Tədbirə onun yaxın dostları və PSJ-dən bir çox komanda yoldaşları qatılıb. PSJ prezidenti Nasser Al-Khelaifinin 250 nəfərlik qonaqlar siyahısında olmadığı bildirilir. Mbappenin anası Lamari tədbiri erkən tərk edib və ona mətbuat mənsubları tərəfindən bir neçə sual verilib.

“RMC Sport”un məlumatına görə, Lamari Mbappenin "Real Madrid"ə transferi ilə bağlı suala sirli cavab verib: "Bu da sualdır? Düşünürəm ki, siz hamınız bu sualın cavabını mənim kimi bilirsiniz. Bu məsələ haqqında danışmağa ehtiyac yoxdur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR