Ermənistan Baş naziri Nikol Paşinyanın helikopteri məcburi eniş edib.
Metbuat.az bildirir ki, bu barədə məlumatı “Haykakan Jamanak” yayıb. Məlumata görə, helikopter Vanadzor stadionuna enib.
İlkin məlumata görə, baş nazir Paşinyan Taşirə gedirmiş.
Hadisə ilə bağlı Paşinyan özünün sosial media hesabında paylaşım edib:
“Pis hava şəraitinə görə helikopterimiz Vanadzorda planlaşdırılmamış eniş etdi. Hazırda səfərə avtomobillə davam edirik. Hər kəsə xoş gün arzulayıram”.