Futbol üzrə Almaniya Kubokunun qalibi bəlli olub.
Metbuat.az xəbər verir ki, finalda "Kaiserslautern" və "Bayer" komandaları üz-üzə gəlib. Görüş Leverkuzen təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 17-ci dəqiqədə Qranit Caka vurub.
Xabi Alonsonun komandası sonuncu dəfə Almaniya Kubokuna 1992-1993-cü illər mövsümündə sahib çıxmışdı.
Qeyd edək ki, "Bayer" bu mövsüm ölkə çempionu olmağı da bacarıb.