Bu sahələrə əlavə vəsait ayrılacaq - VİDEO

Bu ilin dövlət büdcəsinə yenidən baxılacaq, büdcənin gəlir və xərcləri artırılacaq.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Böyük Qayıdış sürətləndiriləcək, dövlətin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi daha da möhkəmləndiriləcək. Həmçinin bir sıra infrastruktur layihələri icra ediləcək.

Yenidən baxılmadan sonra büdcənin xərcləri 2 milyard 944 milyon manat artrılaraq, 39 milyard 707 milyon manat olaraq proqnozlaşdırılıb.

Millət vəkili Vahid Əhmədov deyib ki, büdcənin gəlirləri isə 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata çatdırılacaq. Yeni təklifdə neftin büdcə qiymətinin 75 dollara qaldırılması nəzərdə tutulur.

Əsas prioritetlərindən biri də vətəndaşların sosial müdafiəsinin gücləndirilməsidir.

Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurun bərpası işləri də sürətləndiriləcək.

Millət vəkili Vüqar Bayramov deyib ki, azad olunmuş ərazilərin yenidən qurulması, bərpasına ayrılan vəsait 27%, müdafiə və milli təhlükəsizlik xərcləri 11 % artırılacaq. Bu vəsait həm də yeni silahların alınmasına yönləndiriləcək.

Bundan başqa, kənd təsərrüfatı xərcləri isə 100 mln. manat artırılaraq 1 milyard 202 milyon manata çatdırılacaq. Büdcədən Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulan dotasiya 7 mln. manata yaxın azaldılacaq.

Ətraflı videomaterialı təqdim edirik.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı