İkardidən "Fənərbağça"ya mesaj: "Görək Kadıköydə..."

Xəbər verdiyimiz kimi, "Qalatasaray" 102 xalla tarixində 24-cü dəfə Türkiyə çempionu olub.

Metbuat.az xəbər verir ki, "Qalatasaray"ın ulduz forvardı Mauro İkardi "Konyaspor"la olan sonuncu tur matçından sonra açıqlama verib.

"Bir daha çempion olduq. Mövsüm boyu göstərdiyimiz zəhmətə görə mükafatlandırıldıq. Tam istədiyim formada olmadığım üçün üzgünəm, amma yenə də çempion olduğumuz üçün çox şadam. Daha çox qol vura bilərdim. Mövsümün əvvəlində tənqidlər də oldu”, - deyə forvard əlavə edib.

"Qalatasaray"a gəlməmişdən əvvəl milyonlarla avroluq təklifləri rədd etdiyini deyən İkardi "Fənərbağça"ya da söz atıb:

"Milyonlarla avro dəyərində təkliflər gəlmişdi. Mən bura pul üçün yox, çempionluq üçün gəlmişəm. Erden Timura da təşəkkür edirəm. Görək Kadıköydə necə şənlik keçirirlər. Biz indi çempionluğu qeyd edəcəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR