Bu ərazilərə qazın verilişi dayandırılacaq

Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.

Metbuat.az-ın məlumatına görə, rayonun Türkoba kəndində daşıyıcı qaz xəttində aşkar olunan yeraltı qaz sızmasını aradan qaldırmaq üçün Mahmudavar, Mololon, Şatıroba kəndlərinin və Türkoba kəndinin bir hissəi olmaqla ümumilikdə 2 000-ə yaxın abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR