Bakıda qadın sürücü qəza törətdi, ölən var

Bakıda qadın sürücü ağır qəza törədib.

Metbuat.az-ın məlumatına görə, hadisə Xəzər rayonun Buzovna qəsəbəsində baş verib. 1990-cı il təvəllüdlü Həsənova Səadət Rauf qızı idarə etdiyi "Mercedes" markalı avtomobillə Buzovna-Bakı şossesi istiqamətində hərəkətdə olarkən 1982-ci il təvəllüdlü piyada Əliyeva Səadət İbadət qızını vurub.

Qadın piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR