12 yaşında yatdı, 9 il sonra oyandı - Sirli olay belə baş verib

İngiltərənin Turvil kəndində Ellen Sadler 9 il yatıb. 1871-ci ildə baş verən hadisə illər boyu sirr olaraq qalmağa davam edib. Yuxu bədənin ən əsas ehtiyaclarından biridir. Hər sağlam insan gün ərzində təxminən 7-8 saat yatmalıdır. Ancaq Ellen üçün vəziyyət bir az fərqli idi. Kiçik qız bir gecə yatıb və 9 il oyanmayıb.

Metbuat.az Lent.az-a istinadən Ellenin həyat hekayəsini təqdim edir:

Ellenin 11 yaşına qədər səhhətində heç bir problem olmayıb. Bir gecə o, 12 bacı-qardaşı ilə yatmağa gedib, lakin səhəri gün oyanmayıb. 29 mart 1871-ci ildə ailəsi onun öldüyünü düşünüb.

Ailəsi vəziyyəti gördükdən sonra onu oyatmaq üçün müxtəlif cəhdlər edib, lakin Ellen oyanma əlaməti göstərməyib. Nəbzi atılan və nəfəs alan balaca qızın komada olduğu qənaətinə gəlinib.

Anası Ellenə 9 il körpə uşaq kimi qulluq edib. Ona süd və çay verib. Yatan qız arıqlayır və tükənirdi. İnsanlar qeyri-adi bir hadisə görmək üçün evlərinə gəlməyə başlayırdılar. Ona baxıb oyatmağa çalışıblar və dostlarına onun haqqında danışıblar.

Bir müddət sonra Ellenin hekayəsi müxtəlif ölkələrə yayıldı. Ellenin ailə evi "Sleepy Cottage" adlanırdı. Qızın vəziyyəti şouya çevrilmişdi. Onun saçını almaq üçün külli miqdarda pul ödəyən insanlar var idi.

Təklif olunan külli miqdarda pula görə polis qızın ailəsindən şübhələnib. Qızın vəziyyətindən pul tələsi kimi istifadə edildiyini düşünən polis araşdırmalara başlasa da, araşdırmalar nəticəsində bu şübhənin əsassız olduğu üzə çıxıb.

İllərlə qızının yatmasına dözə bilməyən Enn Sandler infarkt keçirərək dünyasını dəyişib. Həkimlərin dediyinə görə, balaca qızcığazın anasının ürəyi 9 il çəkdiyi kədərə dözə bilməyib.

Ellen 21 yaşında, anası öldükdən 5 ay sonra oyandı. O, 9 il ərzində bir dəfə də olsun yuxu görmədiyini deyib. Bədəninin 21 yaşında olmasına baxmayaraq, Ellenin zehni hələ 11 yaşında idi və o, inkişafdan çox uzaq idi.

Dr. Gelineua Ellenin necə yuxuya getdiyini və 9 il sonra oyandığını araşdırmağa başlayıb. 1880-ci ildə narkolepsiya aşkar edildi. Narkolepsiya yaxud ümumi bilindiyi kimi yuxu xəstəliyi, qeyri-adi vaxtlarda yuxululuq və ani yuxu hücumları ilə xarakterizə olunan xroniki yuxu pozğunluğudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı