Pensiya və minimum əməkhaqqı bu tarixdə artırıla bilər - Ekspert

“Böyük ehtimalla 2024-cü ildə minimum pensiya və minimum əməkhaqqının artırılması istiqamətində qərarlar qəbul edilməyəcək. Fikrimcə, hələlik bu istiqamətdə addımın atılması gözlənilən deyil. Amma 2025-ci ildə sosial müavinətlərə, təqaüdlərə yenidən baxılacaq. Eyni zamanda minimum əməkhaqqı da artırılacaq”.

Metbuat.az bildirir ki, bunu Bakupost.az -a iqtisadçı ekspert Rəşad Həsənov söyləyib. O qeyd edib ki, gələn ildən saatlıq minimum əməkhaqqına keçidin tətbiq olunması ehtimalı böyükdür:

“Saatlıq minimum əməkhaqqına keçid vətəndaşlar və işəgötürənlər üçün manevr imkanlarını genişləndirə bilər. Əməyin daha dolğun qiymətləndirilməsi ilə diskriminativ məqam və formaların aradan qalxması mümkün olar. Hər bir şəxs işlədiyi saatlara uyğun əməkhaqqı ilə mükafatlandırılar”.

İqtisadçı əlavə edib ki, hər il qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyalar indeksləşdirilir:

“Minimum pensiyanın həddinin artırılması ehtimalı isə 2025-ci il üçün daha yüksəkdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı