"Onların əməllərinin üstü gec-tez açılacaq" - Çingiz Qənizadə

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano tərəfindən Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə qərəzli, məsələləri öyrənmədən təktərəfli şəkildə, eyni zamanda ermənipərəst dairələrin təqdim etdiyi qondarma “faktlar”a əsaslanan iddialar səsləndirilib.

P.Stanonun qəbuledilməz bəyanatına Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə münasibət bildirib. XİN sözçüsü vurğulayıb ki, Aİ tərəfinin istinad etdiyi bütün şəxslər qanunla müəyyən edilmiş qayda və çərçivədə lazımi yardımla təmin olunurlar.

“Aİ-nin bir sıra Avropa ölkələri və siyasətçilərinin siyasi baxımdan verdikləri üstünlüklər əsasında müəyyən şəxsləri əfv etmək üçün əsassız ictimai tələbləri Avropanın qanunun aliliyinə həqiqətən sadiq olduğunu şübhə altına alır. Azərbaycan bu sahədə kifayət qədər təcrübəyə, biliyə, müdrikliyə malikdir, beləliklə məcburedici məsləhət və göstərişlərə ehtiyac duymur. Eyni zamanda, Azərbaycanın COP29-a sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq istiqamətində ideyanın mahiyyətinə ziddir”.

Aİ-nin əssasız açıqlamalarına Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə münasibət bildirərək deyib ki, xaricdəki "söyüş müxalifəti"ni istər könüllü, istərsə də təhdidlərin təsiri altında maliyyələşdirmək iki məqsədə xidmət edir:

“Bu məqsədlərdən biri özlərinin vicdansız vücudunu qorumaq, digəri də dövləti daxildən sarsıtmaq üçün atılan addımlardır. Bunlarla bağlı bizim hüquq-mühafizə orqanlarının əlində kifayət qədər məlumat var.

Hazırda dövlətin müxtəlif strukturlarında və ölkə başçısının ətrafında sıx birləşən sadiq məmurlar olsa da, elələri də var öz qınlarında gizləniblər. Onlar tutduqları yüksək mövqedən istifadə edərək, sanki lazım olan vaxtda xəyanət etmək üçün məqam gözləyirlər. 30 ildən sonra torpaqlarını işğaldan azad edən Azərbaycan suverenliyini bərpa etdi. Düşünürəm ki, mənliyimizi və qürurumuzu bizə qaytaran cənab Prezidentimizə xəyanət etmək ən ağır cəzaya layiqdir”.

Ç.Qənizadə hesab edir ki, dövlətə, xalqa, Prezidentinə nankorluq və xəyanət edən məmurlar varsa, onlar tapılıb üzə çıxarılmalıdır. O qeyd edib ki, radikal çıxışlar edənlərin əməllərinin üstü gec-tez açılacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı