İçərişəhərdə “Uşaqlar üçün İrs” Festivalı keçiriləcək

1-2 iyun 2024-cü il tarixlərində İçərişəhərdə, “Uşaqlarlar üçün İrs” – 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş mədəniyyət və yaradıcılıq festivalı təşkil olunacaq.

Metbuat.az bildirir ki, iki gün davam edəcək festivalda İçərişəhər ərazisində uşaqlara tarixi-mədəni irsimizi, incəsənətimizi, sənətkarlığı tanıtmaq, yaradıcılıq fəaliyyətini aşılamaq məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Təşkil olunacaq tədbirlər sırasında uşaqlar üçün təşkil olunmuş muzey ekspozisiyasının nümayişi, tarixi abidələrin öyrənilməsi məqsədilə turun təşkili, Tahir Salahovun “Güllər” sərgisinə baxış, gənc rəssamların əsərlərinin nümayişi, Bakı Marionet Teatrında kuklalarla tanışlıq, sənətkarlıq üzrə ustad dərsləri, əyləncəli oyunlar, teatr tamaşası, film nümayişi, musiqili proqram və müxtəlif idman növlərinin nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, festival çərçivəsində, ilk dəfə olaraq, Şirvanşahlar Sarayı Kompleksində muzeyin gənc ziyarətçiləri üçün təşkil olunmuş “Uşaqlar üçün Tarix” ekspozisiyası nümayiş olunacaq, eləcə də tarixi abidələrin bərpasının və qorunmasının əhəmiyyətini vurğulmaq üçün tur təşkil olunacaq.

Şəhərimizin bütün balaca sakinlərini və qonaqlarını “Uşaqlar üçün İrs” Festivalında gözləyirik!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı