​Mourinyonun “Fənərbaxça”dakı qazancı məlum oldu

“Fənərbaxça” ilə müqavilə imzalayan Joze Mourinyonun klubdakı illik qazancı məlum olub.

Metbuat.az xəbər verir ki, Mourinyo “Fənərbaxça”da ildə 10 milyon avro qazanacaq. “Fanatik” qəzetinin məlumatına görə, müqavilədə Mourinyo üçün bonuslar da nəzərdə tutulub. Bonuslar 10 milyon avroya daxil deyil. Məlumata görə, Mourinyonun köməkçilərinə ümumilikdə təxminən 2 milyon avro veriləcək. Daha əvvəl “Sports Digitale”dən Yağız Sabuncuoğlu portuqaliyalı məşqçi və komandasının illik xərcinin 22-23 milyon avro olacağını iddia etmişdi.

Həmçinin, Joze Mourinyonun “Fənərbaxça”ya transferi ilə bağlı yeni detallar məlum olub. Bildirilir ki, transferdə mühüm rol oynayan “Fənərbaxça”nın idman direktoru Mario Branko həmyerlisi olan Joze Mourinyoya 120 səhifəlik sənəd göndərib. Sənədlərdə təkcə futbol komandası deyil, həm də obyektlər və klubla bağlı bütün məlumatlar yer alıb. Qeyd edək ki, Joze Moruinyo "Fənərbaxça" ilə 2 illik müqavilə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR