Naxçıvan Muxtar Respublikasına ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.
Sərəncama əsasən, Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.