Mbappenin "Real"dakı qazancı məlum oldu

"Real Madrid"in yeni transfer etdiyi hücumçu Kilian Mbappenin maaşı illik 30 milyon avro olacaq və vurulan qollara görə bonuslar olacaq.

Metbuat.az-ın məlumata görə, fransalı futbolçu 50 milyon avro məbləğində imza bonusu əldə edəcək. Həmçinin, onun müqaviləsində 1 milyard avroluq təzminat məbləği də əks olunub. Hücumçunu vaxtından əvvəl almaq istəyənlər bu məbləği ödəməli olacaqlar.

Mbappenin, həmçinin imic hüquqlarının 70 %-nə sahib olacağı vurğulanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR