"Beşiktaş" yeni baş məşqçisini açıqladı

Türkiyənin "Beşiktaş" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Niderland millisinin sabiq üzvü Covanni van Bronkhorst "qara-qartallar"ı çalışdıracaq.

2+1 illik müqavilə bağlanan 49 yaşlı mütəxəssisin köməkçiləri Can Pol van Qastel və Sərdar Topraktepe olacaq.

Qeyd edək ki, futbolçu karyerasında "Arsenal" və "Barselona" kimi klublarda çıxış edən van Bronkhorst məşqçi olaraq sonuncu dəfə Şotlandiyanın "Reyncers" komandasında çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR