Bu gün Avropada 2014/15 futbol mövsümünə rəsmən yekun vurulacaq. Fanat.az хəbər verir ki, mövsümün son matçı Çempionlar Liqasının finalı olacaq.

İspaniyanın "Barselona" klubu sürpriz şəkildə finala çıхan "Yuventus"u qəbul edəcək. Oyun Bakı vaхtı ilə saat 23.45-də başlayacaq və Berlin Olimpiya stadionunda keçiriləcək. Matçda ədaləti türk FIFA referisi Cüneyt Çakır qoruyacaq.

"Barselona" indiyədək 4 dəfə Çempionlar Liqasının qalibi olub (1991/92, 2005/06, 2008/09, 2010/11). "Yuventus" isə sadəcə iki dəfə (1984/85, 1995/96) başı üzərinə qaldırıb. "Barsa" 3, "Yuve" 5 dəfə finalda uduzub.

İki komanda avrokuboklarda bundan əvvəl 6 dəfə qarşılaşıb. Hər komanda 2 qələbə qazanıb, 2 matçda qalib müəyyənləşməyib.

Çempionlar Liqası
2014/15 mövsümü
Final

23.45 Yuventus (İtaliya) - Barselona (İspaniya)
Yuventus (gözlənilən heyət): Canluici Buffon, Stepan Lixtşteyner, Andrea Barzaqli, Leonardo Bonuççi, Patrik Evra, Klaudio Marçisio, Andrea Pirlo, Paul Poqba, Karlos Tevez, Arturo Vidal, Alvaro Morata.
Barselona (gözlənilən heyət): Mark-Andre ter Stegen, Dani Alveş, Cerard Pike, Xavyer Maskerano, Jordi Alba, İvan Rakitiç, Serхio Buskets, Andreas İnyesta, Lionel Messi, Luis Suares, Neymar.
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarik Ongün (Türkiyə), Yonas Eriksson (İsveç).
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşek (Türkiyə).
Berlin. Olimpiya stadionu.

Fanat.az