Milli komanda ilə qazanılan uğurun yerini heç bir klub vermir - Mahir Emreli

Milli komanda ilə qazanılan uğurun yerini heç bir klub vermir.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli Albaniya ilə keçiriləcək yoldaşlıq görüşündən əvvəl baş tutan mətbuat konfransında deyib.

O, Albaniyanın güclü rəqib olduğunu söyləyib: "Rəqibin gücü bizə bəllidir. AVRO-2024-ün iştirakçısı olan komanda ilə qarşılaşacağıq. Albaniyanın Avropa çempionatında çxış etməsi bizə xüsusi motivasya verir. Belə oyunları özüm üçün bayram hesab edirəm. Rəqib nə qədər güclü olsa, mənə o qədər xoşdur. Oyundan əvvəl məşqçilərimiz bizə lazım olan tapşırıqları veriblər. Albaniyanı analiz etmişik, çalışacağıq ki, qələbə qazanaq. Ölkəmizəqələbə sevinci yaşatmaq istəyirik. Azərbaycanın bayrağı altında çıxdığın hər bir oyun vacibdir. Milli komanda ilə qazanılan uğurun yerini heç bir klub vermir".

Qeyd edək ki, Azərbaycan - Albaniya matçı iyunun 7-si Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçirəcək. Qarşılaşmanın start fiti saat 21:00-da səslənəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı