Adi iş günündə qəhrəmana çevrildi - 3 yaşlı qızı belə xilas etdi

Sabirabadda polis körpənin həyatını xilas edib.

Metbuat.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, mayın 26-da, gecə saatlarında mühafizəçi Samir İsmayılov Sabirabad rayon Mərkəzi Xəstəxanasında mühafizədə olarkən Hinanur adlı 3 yaşlı qız yüksək temperaturla xəstəxananın uşaq şöbəsinə gətirilib. Bu zaman uşaq huşunu itirib.

Təşviş içində olan valideynləri görən Samir İsmayılov özünü itirmədən azyaşlıya süni nəfəs verib, ürəyini masaj edərək həyata qaytarıb. Daha sonra həkimlərə təhvil verib.

Mühafizəçinin bu peşəkar davranışı xəstəxananın rəhbərliyi yüksək qiymətləndirib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı