Xorvatiya millisinin yekun heyəti açıqlandı - Avro-2024

Futbol üzrə Xorvatiya millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Metbuat.az xəbər verir ki, baş məşqçi Zlatko Daliç 26 nəfərlik sifariş ərizəsinə aşağıdakı oyunçuların adlarını daxil edib:

Qapıçılar: Dominik Livakoviç (“Fənərbağça”, Türkiyə), İvitsa İvuşiç (“Pafos”, Kipr), Nedelko Labroviç (“Riyeka”);

Müdafiəçilər: Domaqoy Vida (AEK, Yunanıstan), Yosip Yuranoviç (“Union”, Almaniya), Yoşko Qvardiol (“Mançester Siti”, İngiltərə), Borna Sosa, Yosip Şutalo (hər ikisi “Ayaks”, Niderland), Yosip Stanişiç (“Bayer”, Almaniya), Martin Erliç (“Sassuolo”, İtaliya), Marin Ponqraçiç (“Leççe”, İtaliya);

Yarımmüdafiəçilər: Luka Modriç (“Real Madrid”, İspaniya), Mateo Kovaçiç (“Mançester Siti”, İngiltərə), Marselo Brozoviç (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Mario Paşaliç (“Atalanta”, İtaliya), Nikola Vlaşiç (“Torino”, İtaliya), Lovro Mayer (“Volfsburq”, Almaniya), Luka İvanuşets (“Feyenord”, Niderland), Luka Suçiç (“Zaltsburq”, Avstriya), Martin Baturina (“Dinamo”, Zaqreb);

Hücumçular: Andrey Kramariç (“Hoffenhaym”, Almaniya), Ante Budimir (“Osasuna”, İspaniya), İvan Perişiç (“Hayduk”), Bruno Petkoviç (“Dinamo”, Zaqreb), Marko Pyatsa, Marko Paşaliç (hər ikisi “Riyeka”);

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Xorvatiya millisi B qrupunda İspaniya, İtaliya və Albaniya yığmaları ilə üz-üzə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR