Bu şəxslər daha tez pensiyaya çıxa bilər - Dəyişiklik gözlənilir

“Biz təklif edirik ki, çoxuşaqlı ailə anlayışı beşdən üç uşağa endirilsin. Nəticədə belə ailələr daha tez pensiyaya çıxmaq hüququna malik ola bilər”.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, nisbətən ağır hesab olunan iş yerlərinin siyahısının genişləndirilməsi təklif edilib:

“Məsələn, enerji sektorunda mavi qazın alışı və satışı ilə bağlı elə ixtisaslar var ki, o sahədə çalışanlara güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vermir. Biz bu siyahıya baxılmasını və genişləndirilməsini məqsədəuyğun hesab edirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı