Bu gün XII Avropa çempionatı başlayır

Bu gün futbol üzrə XVII Avropa çempionatı start götürəcək.

Metbuat.az xəbər verir ki, yarışın ilk oyununda ev sahibi Almaniya millisi Şotlandiya ilə qarşılaşacaq. Münhendəki "Allianz Arena"da baş tutacaq görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Qeyd edək ki, bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.

AVRO-2024
A qrupu, I tur

14 iyun

23:00. Almaniya - Şotlandiya
Baş hakim: Kleman Tyurpen (Fransa).
Münhen, “Allianz Arena” stadionu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR