Azərbaycan əmtəəlik qaz hasilatını 4 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 20 milyard 866,3 milyon kubmetr təbii qaz hasil edilib.

Metbuat.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bunun 15 milyard 928,1 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 3,3 %, əmtəəlik qaz hasilatı isə 4,1 % artıb.

Ötən 5 ay ərzində Azərbaycanda 12 milyon 031,5 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 12 milyon 004,8 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2023-cü ilin ilk 5 ayı ilə müqayisədə 5,7 % azdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı